Paranormal
NASA-dan şok iddia: Marsda yaşamaq mümkündür
ABŞ-ın Milli Kosmos İdarəsi (NASA) Marsda “Perseverance” kosmik aparatının əldə etdiyi ilk nümunələrin “qırmızı planet”də su olduğunu göstərdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, NASA bunun Marsda həyatın mövcudluğuna böyük sübutlar verdiyini bildirib.
Agentlik ölanetdəli Jezero kraterinin vaxtilə həyat üçün potensial mühit olduğunu iddia edib. Əldə edilən yeni nümunələr qədim lava axınlarından əmələ gəldiyini göstərən bazaltik tərkibə malikdir.
Əldə edilən torpaq nümunəsi uzun müddətdir Marsda yeraltı suların mövcud olduğunu göstərir.
“Bu, Marsdakı maye suyun tarixidir. Bu, daha böyük suallara cavab verməyə kömək edəcək”, - NASA yetkilisi Mitç Şult deyib.
Eyni zamanda, tədqiqatçılar torpaq nümunələrində yeraltı suların buxarlandığı zaman əmələ gələ biləcək duzların olduğunu təsbit ediblər. Bu minerallar Marsın qədim iqlimi və yaşayış potensialına dair yeni dəlillər üzə çıxara bilər. Bu kimi minerallara Yerdə də rast gəlinir.
Elm adamları yeraltı suların vaxtilə Jezeronun içərisinə axan sudan qaynaqlandığını və ya gölün qurumasından sonra sızdığını da ehtimal edirlər. Ancaq Marsın səthini dəyişdirən suyun on minlərlə və ya milyon illərdir mövcud olub olmadığı bəlli deyil. NASA suyun keçmişdə planetin mikroskopik həyat üçün daha əlverişli olması üçün kifayət etdiyini iddia edib.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































