Pul
Türk lirəsi rekord səviyyədə ucuzlaşdı
Bugünkü hərraclar zamanı Türkiyə lirəsinin dollara qarşı məzənnəsi ötən bir həftə ərzində dördüncü dəfədir tarixi minimumu yeniləyərək 9,28 TL/USD-dək geriləyib.
Publik.az xəbər verir ki, hələ iyun ayından bərqərar olmuş 8,81 TL/USD-lik tarixi minimum məzənnəsi sentyabrın 23-də Mərkəzi Bank tərəfindən faiz dərəcəsi 19-dan 1 faizədək azaldıldıqdan sonra azalmağa başlayıb. Bu il martın 18-də faiz dərəcəsi 17-dən 19-dək artırıldıqdan sonra Mərkəzi Bankın sədri Naci Akbala istefaya göndərilmişdi.
Ötən həftə ölkə Prezidentinin sərəncamı ilə Mərkəzi Bankın sədr müavinləri Semih Tümən ilə Uğur Namiq Küçükün istefaya göndərilməsindən sonra lirənin dollara qarşı məzənnəsi 9,18 TL/USD-yədək geriləyib.
Ekspertlərə görə, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ölkədə inflyasiyanın artmasını yüksək faiz dərəcəsi ilə əlaqələndirərək dərəcənin azaldılması üçün Mərkəzi Banka təzyiq göstərir.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















