"Bitcoin" kəskin ucuzlaşdı
Bizi izləyin

Pul

"Bitcoin" kəskin ucuzlaşdı

"Bitcoin" kəskin ucuzlaşdı

Noyabrın 5-də "Bitcoin"in qiyməti 5 faizdən çox ucuzlaşıb.

Publika.az xəbər verir ki, bu barədə kriptovalyutalar üzrə ticarət həcminə görə ən böyük birja olan "Binance" məlumat yayıb.

Ticarət platformasında əməliyyatlar başlayandan sonra ən populyar kriptovalyutanın qiyməti 77 min dollardan aşağı düşüb. Minimum həddə "Bitcoin"in qiyməti 75,649 min dollara enib ki, bu da son bir neçə ayın rekord səviyyədə aşağı göstəricisidir. Məlumat yayılan anda qiymət 77 515 dollara qədər yüksəlib. Bununla belə, son 24 saat ərzində 4,23 faiz ucuzlaşıb.

Kriptovalyuta bazarında son vaxtlar dünyanın ən böyük kriptovalyuta birjası "Binance"ın haker hücumuna məruz qalması və iri həcmli token köçürmələri barədə məlumatların yayılması fonunda qeyri-sabitlik başlayıb.

Haker hücumu barədə məlumatlardan sonra "Binance-ın BNB tokeni 8 faiz ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 78 min dollara düşüb. "TradingView" analitik platformasının məlumatına görə, kriptovalyuta sektorunun ümumi bazar kapitallaşması 200 milyon dollardan çox azalıb. Bir saat ərzində müxtəlif ticarət platformalarında ümumi məbləği 600 milyon dolları ötən kredit çiyni ilə açılmış uzun mövqelər məcburi qaydada bağlanıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm