Qadın
Həkim ginekoloji xəstəliklərin əlamətləri və müalicəsindən danışdı
Uterusun prolapsiyası ( uşaqlığın sanllanması) qadında doğuşdan sonra baş verə bilər, xüsusən də doğuş çox sürətli və ya əksinə, çox uzun keçibsə.
Publika.az xəbər verir ki, bu barədə mama-ginekoloq Viktoriya Qaşenko danışıb. Həkimin sözlərinə görə, 30 yaşa qədər olan qadınların 10% -i bir qayda olaraq belə problemlə qarşılaşır, lakin 50 və daha yuxarı yaşda xanımların demək olar ki, 50% -ində prolaps baş verir.
Prolapsın inkişafına səbəb olan amillər sırasına perineal travma, qarıniçi təzyiqin artması, müntəzəm qəbizlik, varikoz genişlənməsi, ağciyər xəstəlikləri, estrogen çatışmazlığı və yırtıq (qrija) əmələ gəlmə halları daxildir. Çox vaxt uterus aşağı salındıqda qadınlar qaşıntı, bol axıntı və bəzən quruluq hissi və xoşagəlməz bir qoxu ilə müşayiət olunan vajinada iltihablı proseslərlə qarşılaşırlar.
Bundan əlavə, intim həyatın keyfiyyəti aşağı düşür. Xüsusilə həssaslıq itir və qadın orqazm yaşaya bilmir. Prolapsiyanın şiddətinin növünə görə müalicə edilməlidir. Qaşenkonun izah etdiyi kimi, bunlar həm konservativ, həm də əməliyyat üsulları ola bilər.
"Bütün qadınlar mümkün qədər 10 kiloqramdan çox çəki qaldırmaqla əlaqəli fiziki fəaliyyətdən çəkinməlidirlər. Düzgün qidalanmaq, qəbizliyin qarşısını almaq, iltihablı xəstəliklərin vaxtında müalicəsi vacibdir", - ginekoloq "riamo.ru" ilə müsahibəsində əlavə edib.
Qeyd edək ki, uşaqlıq (uterus) çanaq əzələləri və bağları tərəfindən yerində saxlanılan əzələ quruluşudur. Bu əzələlər və ya bağlar uzanırsa və ya zəifləyirsə, onlar artıq uterusu dəstəkləyə bilmir və prolapsa səbəb olur.
Aytən Məftun
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?














.jpg)





.jpg)

















