Qarabağ
Ermənilərin saxta təbliğatı puça çıxdı - Kərəm Məmmədov
“Azərbaycan Ordusunun və diplomatiyasının uğurudur ki, Ermənistanı təslim olmağa məcbur edə bildi. Ali Baş Komandan müharibə dövründə dünyanın təxminən 30-dan çox media orqanlarına, televiziya kanallarına müsahibələr verdi. Bu müsahibələrdə cənab Prezident Ermənistanın neçə illərdir formalaşdırdığı siyasətə böyük zərbə vurdu, əsl həqiqətləri ortaya qoydu”.
Bu sözləri Publika.az-a açıqlamasında BDU-nun Geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov deyib. Politoloq qeyd edib ki, ermənilərin illərlə apardığı saxta təbliğat puça uğradı:
“Bu, bizim böyük qələbəmizdir. 1991-ci ildən bəri Azərbaycanda 30 minə qədər erməni əhali yaşayır. Onların hansı birinə kimsə nəsə edib? Etnik mənsubiyyətindən asılı olmayaraq hamısı Azərbaycanın digər vətəndaşları kimi sərbəst şəkildə yaşamağa davam edirlər.
Bu illər ərzində Azərbaycan ən müasir silahlarla silahlandı, həm də həqiqətən döyüşkən vətənpərvər ruhlu ordu yetişdirdi. Heç şübhəsiz ki, bu da Azərbaycanın hərbi uğurlarıdır və nəticəsi göz qabağındadır. Dekabra qədər yəqin ki, danışıqlar davam etdiriləcək və şərtlərin bütün incəlikləri yekun müqavilədə daha dəqiq bəlli olacaq. Lakin bəyanatın ən böyük uğuru status-kvo məsələsidir. Bəyanatda statusdan heç bir söhbət yoxdur, əminəm ki, status məsələsi bir daha gündəmə gətirilməyəcək. Cənab Prezident əvvəlki çıxışlarında da demişdi.
Xankəndi ilə digər rayonların adlarının bəyanatda çəkilməməsi narahatlıq doğurub, lakin yekun müqavilədə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təsbit olunacaq. Xocavənddə, Xocalı və ətraf ərazilərdə yaşayan ermənilər orada yalnız Azərbaycan Respublikasının tam səlahiyyətli vətəndaşı kimi bütün konstitusiya hüquqlarından istifadə edərək yaşayacaqlar. Yaşamaq istəməyənlər də özləri bilər, müstəqil seçimləridir”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
