Lavrovla Zərif arasında Qarabağ müzakirəsi
Bizi izləyin

Qarabağ

Lavrovla Zərif arasında Qarabağ müzakirəsi

Rusiya və İran Xarici İşlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

"Rusiya tərəfinin münaqişə zonasında tam atəşkəsə nail olmaq üçün göstərdiyi səylər, həmçinin hərbi əməliyyatlardan təsirlənən mülki əhaliyə humanitar yardımın göstərilməsi nəzərə alınmaqla, Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə edildi", - Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilib.

Tərəflərin Suriya, Fars körfəzi, Yəmən və Əfqanıstandakı vəziyyət daxil olmaqla, digər əsas mövzular ətrafında fikir mübadiləsi apardıqları qeyd olunub.

Nazirlər qarşılıqlı maraq doğuran məsələlərin bütün spektri üzrə dialoqu davam etdirməyi qəbul edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm