Qarabağ
“Human Rights Watch”un bunu təsdiq etməsi diqqətəlayiqdir - Professor
“Müharibə başlanandan Azərbaycan Respublikasının Baş Prokurorluğu istər dinc əhalinin gülləbaran edilməsi, istər əsassız müharibə arealının genişləndirilməsi, istərsə də təbiətimizin və ekoloji mühitin pozulması, eləcə də mədəniyyət abidələrimizə qarşı dağıdıcı üsullardan istifadə edilməsi ilə bağlı materiallar toplayır. Bu materialların toplanmasının əsas məqsədi ondan ibarətdir ki, gələcəkdə Ermənistan dövlətini beynəlxalq məhkəməyə verək və bizə dəymiş ziyanın ödənilməsini ondan tələb edək”.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib. Professor bildirib ki, toplanan materiallar içərisində ən önəmlisi qadağan olunmuş silahlardan istifadə edilməsi və bunun dinc əlahiyə qarşı yönəlməsidir.
“Qadağan olunmuş silahların istifadəsi müharibə qanunlarının pozulmasıdır. Şübhəsiz ki, Azərbaycanda bu faktla bağlı kifayət qədər material var və gələcəkdə bunlardan fakt kimi istifadə olunacaq. “Human Rights Watch” kimi beynəlxalq təşkilatın bunu təsdiq etməsi xüsusilə diqqətəlayiqdir. Beynəlxalq məhkəmə gələcəkdə bundan da sübut kimi istifadə edəcək. İnanırıq ki, qadağan olunmuş silahdan istifadə edən şəxslər beynəlxalq məhkəmə qarşısında cinayət məsuliyyətinə cəlb olunacaq. Eyni zamanda dəymiş ziyanın ödənilməsi üçün də bu faktlar əsas götürüləcək”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
