SON DƏQİQƏ: Vətən Müharibəsinin qazisi xəstəxanada İNTİHAR ETDİ - RƏSMİ/VİDEO
Bizi izləyin

Qarabağ

SON DƏQİQƏ: Vətən Müharibəsinin qazisi xəstəxanada İNTİHAR ETDİ - RƏSMİ/VİDEO

Video əlavə olunub.

xxx

Sosial şəbəkələrdə yayılan məlumata görə, qazi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda özünü asaraq intihar edib.

Publika.az
xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumatı təsdiqləyib.

O bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var. / News24.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm