Qarabağ
Mediada keyfiyyət məsələsi ciddi problemdir və mütləq şəkildə... - Professor

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Azərbaycan mediasında mövcud olan problemlərdən söz açıb.
Publika.az-a müsahibə verən ekspert bildirib ki, bu sahədə ciddi islahatların aparılmasına ehtiyac var.
- Qulu müəllim, “KİV haqqında qanun” müasir tələblərə cavab verirmi?
- Qəbul edilən yeni qanun və əlavələr jurnalist peşəkarlığını əvəz etməyəcək. Çünki yayılan təxribat xarakterli xəbərlərin yayılmasında qanunun rolu yoxdur, burda qeyri-peşəkarlıq rol oynayır. Təəssüf ki, bəzi həmkarlarımız ağına-bozuna baxmadan və məlumatları dəqiqləşdirmədən sensasiya dolu xəbərləri dərhal tirajlayırlar. Belə hallar dəfələrlə təkrar olunub. Jurnalist baş verən hadisələrin təsvirini dəqiq və konkret faktlar əsasında verməyə borcludur. Verilən xəbərlər rəsmi mənbələrlə mütləq dəqiqləşdirilməlidir. Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu qızıl qanunun pozulması halları bu gün cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur.
Hər şeyi dərhal sensasiyaya çevirmək olmaz, bu, jurnalistlərin və ya növbətçi redaktorların xəbər anlayışının məhdud olmasından xəbər verir. Halbuki bunu dəqiqləşdirməyin yolları var. Qurumların borcudur ki, hər hansı xəbərə münasibət bildirsin. Əks halda cəmiyyətdə həyəcan dalğası yaradır. Yalan bu gün psixoloji müharibədə əsas əlalətlərdən biridir, bunların qarşısı mütləq alınmalıdır. Bu mənada yeni qanunların hazırlanması lazımdır. Jurnalistlər səviyyələrini artırmalı, peşə etikasına sayğı göstərməli, sosial məsuliyyətini unutmamalı, ölkədə və çevrəmizdə gedən hadisələri bilməlidir, eyni zamanda belə xəbərlərin nədən və haradan yayıldığının səbəblərini araşdırmalı və ondan sonra sayta yerləşdirməlidilər.
- Ümumiyyətlə, Azərbaycanda sosial media, internet jurnalistikası necə tənzimlənməlidir?
- Sosial medianın, ümumiyyətlə, internetin tənzimlənməsi qeyri-mümkündür. Bizdə dəfələrlə cəhdlər olunub, bu, effektsizdir. Niyə effektsizdir? Ona görə ki, internet konkret bir ölkəyə və ya məkana aid deyil, dünyanın hər yerində istifadə olunan böyük bir şəbəkədir. Müəyyən texniki prosedurları həyata keçirmək olar, amma ümumilikdə dünyada feysbuk və ya tvitteri tənzimləmək kimi bir təcrübə yoxdur. Sadəcə müəyyən məhdudlaşdırıcı mexanizmlər tətbiq olunur. Onların da ömrü çox uzun olmur. Ən yaxşı variant cəmiyyətin informasiya mədəniyyətinin yüksəldilməsidir, çalışmalıyıq ki, insanlara alternativ, dürüst məlumatlar ötürə bilək. Əks halda yalan məlumatlar yayılmağa, digər tərəflər isə təkzib etməyə davam edəcək. Bu mənada media sahəsində ciddi islahatlara ehtiyac var ki, istər hökümət, istərsə də müxalif media orqanları ağlına gələn yalanları uydurub cəmiyyətə sırımasınlar. İnformasiya mədəniyyəti, peşəkarlıq və əlbəttə ki, qanunun üstünlüyü əsas şərtlər olmalıdır.
- Bəzən erməni tərəfinin ortaya atdığı istənilən yalan xəbər və dezinformasiya Azərbaycan mediası tərəfindən tirajlanır. KİV sahəsindəki hazırkı durum ölkənin informasiya təhlükəsizliyinə hər hansı formada təsir edirmi?
- İnformasiya təhlükəsizliyi çox geniş anlayışdır. Media onun bir qolu və platformasıdır. İnformasiya təhlükəsizliyi ilə məşğul olan qurumlar media ilə fəal işləməlidir. Məlumat mənbələri dəqiq və mötbər olmalıdır, bunun sayəsində də cəmiyyət keyfiyyətli və doğru informasiyalar əldə etməlidir. Azərbaycanda medianın nüfuzu aşağıdır, bu səviyyə və peşəkarlıqla media cəmiyyətin təhlükəsizliyini qorumaq həddində deyil. Çünki informasiya təhlükəsizliyi ümumimilli təhlükəsizliyin bir qoludur, bu sistemli, düşünülmüş bir siyasət səviyyəsində ortaya çıxmalıdır. Bunun üçün peşəkar media qurumları fəaliyyət göstərməli, yaxşı mütəxəssislər, güclü qanunverici baza olmalıdır. Bunların üçünün vəhdəti olmayanda təbii ki, ortaya bu və ya digər problemlər çıxır.
- Jurnalistikanın nüfuzunun aşağı olmasının və qeyri-peşəkarlıq problemlərinin səbəbini nədə görürsünüz?
- Jurnalistika cəmiyyətin məlumatlandırılmasıdır, keyfiyyətli məlumatların mediaya verilməsi bizim ümumi təhküləsizliyimizi təmin edir. Əgər bunlar mövcud deyilsə, biz hansı jurnalistikadan danışa bilərik? Odur ki, bunun üçün yuxarıda sadaladığım amillər olmalıdır. Mediada keyfiyyət məsələsi ciddi problemdir.
KİV-in fəaliyyəti üçün normal şəraitin yaradılmalıdır. Məsələn, bir jurnalist olaraq mənbələrdən məlumatları necə əldə edirsiniz? Sorğularınıza nə dəcərədə vaxtında və operativ cavab verilir? Qurumlarda yaradılmış mətbuat xidmətlərdən nə dərəcədə mötəbər məlumatlar almaq mümkün olur? Odur ki, ilk növbədə jurnalistlərin bu məsələlərdə qarşılaşdığı problemlər həll olunmalıdır.
Aytən Məftun

-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO