Qarabağ
STM BMT QAK-ın nümayəndəliyi ilə müzakirələr apardı
Sosial Tədqiqatlar Mərkəzi böyük qayıdışla bağlı BMT QAK-ın nümayəndəliyi ilə müzakirələr aparıb.
Publika.az xəbər verir ki, görüşdə STM tərəfindən idarə heyətinin sədri, millət vəkili Zahid Oruc, idarə heyətinin üzvləri millət vəkili Elşad Mirbəşiroğlu, Tahirə Allahverdiyeva və tədqiqat qrupunun üzvləri Seymur Əliyev və Nilufər Məmmədova, BMT QAK tərəfindən isə ölkə üzrə nümayəndə cənab Quido Ambroso, hüquq departamentinin rəhbəri Oktavian Mohorea və həmin departameninin müdür müavini Samirə Allahverdiyeva iştirak edib.
Görüşün əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın effektiv planlaşdırılması üçün tədqiqat lahiyəsi çərçivəsində BMT QAK ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətlərinin müzakirəsi olub.
Müzakirə çərçivəsində, Zahid Oruc işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı konseptin önəmi və prosesin Azərbaycan üçün stateji əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür. Mərkəz tərəfindən icra olunan tədqiqat lahiyəsində yenidən məskunlaşmaya dair dayanıqlı həll yolları ilə bağlı dünyada bu sahə üzrə ixtisaslaşmış qurum olan BMT QAK-ın fikirlərinin diqqət mərkəzində saxlanılmasının önəmini vurğulayıb.
BMT QAK-ın ölkə üzrə nümayəndəsi Quido Ambroso qurumun Azərbaycandakı fəaliyyətindən danışmış və əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını qeyd etmişdir. O həm də, 10 noyabr bəyanatının 7. Maddəsi çərçivəsində BMT QAK-ın dövlət qurumları ilə yanaşı tədqiqat mərkəzləri ilə əməkdaşlığının vacibliyini vurğulayıb.
Müzakirədə Seymur Əliyev layihənin prioritetləri və məskunlaşma siyəsətində mövcud əsas mülahizələri bölüşüb.
Sonda əməkdaşlığın növbəti addımları müəyyənləşdirilib.
Mərkəzin sədri qonaqlara dəvəti qəbul edib gəldiklərinə görə təşəkkür edib.
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu













.png)






















