Qarabağ
Ermənistan rəsmiləri qanun qarşısında cavab verəcək, çünki minaların... - Professor
“Ərazilərin minalanması Ermənistan tərəfindən dinc, mülki əhaliyə qarşı yönələn cinayətlərdən biridir. Bu, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə həqarət etmək, bu normaları kobud formada pozmaqdır”.
Bu sözləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.
Professor qeyd edib ki, müharibədən sonra minaların partlaması nəticəsində mülki əhaliyə dəymiş ziyana görə Ermənistan rəsmiləri məsuliyyət daşıyır və beynəlxalq qanun qarşısında cavab verməlidir: “Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizi, hətta hərbi təyinat olmayan yerləri minalaması Ermənistan tərəfindən bu illər ərzində Azərbaycanın işğal olunan ərazilərində törədilmiş cinayətlərinin məntiqi davamıdır. Onlar bununla çoxlu sayda mülki şəxsi öldürmək, işğaldan azad olunan ərazilərimizə sakinlərin qayıdışı prosesini uzatmaq və çətinləşdirmək məqsədi güdürlər. Bu vaxta qədər Ermənistan rəsmiləri Azərbaycanın hazırda işğaldan azad olunan ərazilərində törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunan zaman, ərazilərin minalanması məsələsinə görə də cavab verəcəklər”.
İ.Vəliyevin sözlərinə görə, minalanma ağır bir prosedurdur və bu, beynəlxalq davranışlara, qanun və konvensiyalara uyğun olaraq müəyyən xəritə əsasında aparılmalıdır. Professor bildirib ki, sülh sazişi imzalanandan sonra isə qanuna görə, minalanan ərazinin xəritəsi qarşı tərəfə verilməlidir. Ermənistan isə hazırda bunun əksini edir:
“Müharibədən sonra minalanan ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar olaraq ərazini minalayan dövlət sülh müqaviləsindən sonra həmin sənədləri digər dövlətə verməlidir. Təəssüflər olsun ki, Ermənistan beynəlxalq konvensiyaların bu tələblərini də pozmaqda davam edir. Ermənistan hər vəchlə, müxtəlif bəhanələrlə, ümumiyyətlə, insan itkisinə məhəl qoymadan bu xəritələrin təqdim olunması məsələsini həll etmir. Düşünürəm ki, beynəlxalq təzyiqlər, həmçinin Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində bu məsələyə də aydınlıq gətiriləcək.
Bizi istəyən dövlətlər, ələlxüsus da qardaş Türkiyə ərazilərimizin minalardan təmizlənməsi istiqamətində çox böyük işlər görüblər. Artıq bu sahədə milli kadrların hazırlanması məsələsinə də önəm verilir. Ölkəmizə dəstək olan dövlətlərin sayı müharibə dövründəkindən qat-qat çoxluq təşkil edir. Düşünürəm ki, siyasətimizi, ərazi bütövlüyümüzü dəstəkləyən, Azərbaycan xalqının haqq işində yanında olan dövlətlərin səyi nəticəsində, milli kadrlarımızın hesabına Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim edib-etməməsindən asılı olmayaraq i.ğaldan azad olunan ərazilərimizi minalardan təmizləyəcəyik”.
Akqabay Mıradov
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


