Hadisə
İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
Bakıda iş yoldaşının zinət əşyasını oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisindəki evdə baş verib.
Qəbələ rayon Vəndam qəsəbə sakini 28 yaşlı Cavad Xəlilov gecə iş yoldaşı Xəqaninin evində qalıb. O, səhər evi tərk edərkən mənzildəki dolabdan Xəqaniyə məxsus dəyəri 3 min manat olan 17 qramlıq boyunbağını götürərək aparıb.
Növbəti gün işə gedən zərərçəkmiş şəxs Cavaddan boyunbağını soruşanda o, rayona qonaq gedib qayıtdıqdan sonra qiymətli əşyanı qaytaracağını deyib. Lakin vədinə əməl etməyib. Məlum olub ki, boyunbağını metronun "Memar Əcəmi" stansiyası yaxınlığındakı lombarda qoyaraq 1700 manat pul götürüb.
Oğurlanan əşyanı geri ala bilməyən Xəqani polisə şikayət edib və iş yoldaşı barəsində cinayət işi açılıb. İşə Nəsimi Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Cavada 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq taxılıb.
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO


















.jpg)
















