Qarabağ
Belə bir addımın atılması Ermənistanın nicat yoludur - Elman Nəsirov
“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti humanist addım ataraq 3 erməni əsgərini Ermənistana təhvil verib. Bu atılmış addım həm də ona görə baş verib ki, həmin əsgərlərin Azərbaycana qarşı hər hansı terror əməlində iştirak etdiyi öz təsdiqini tapmayıb”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Millət vəkili qeyd edib ki, istintaqın gedişində belə bir nəticə hasil olmayıb:
“İndi bu məsələ həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti arasında geniş şəkildə müzakirə olunmaqdadır. İndiki halda belə bir addımın atılması bir daha onu nümayiş etdirir ki, Azərbaycan dövləti Ermənistanla əlaqələrin bərpasında və əməkdaşlıq mühitinin yaranmasında maraqlıdır. Çünki bu, ilk növbədə regionda sülhə və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, belə bir addımın atılması Ermənistanın nicat yoludur. Əks təqdirdə qarşıdurma mühiti yenidən güclənə bilər”.
Deputatın fikrincə, hadisələrin bundan sonrakı inkişafı Ermənistan üçün ən arzuolunmaz ssenariləri reallaşdıra bilər:
“Bu addımı ilə Azərbaycan dövləti bir daha öz humanist mahiyyətini nümayiş etdirdi. Təbii ki, bu addımın qarşılığında qarşı tərəf də müvafiq jestlər etməlidir. Hesab edirəm ki, Azərbaycanın bu humanist addımının qarşılığında ilk növbədə minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməlidir. Yəni, hər şey qarşılıqlıdır”.
Elman Nəsirov vurğulayıb ki, may ayının 10-da Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı da bu məsələ diqqət mərkəzində saxlanılacaq:
“Eyni zamanda, başqa bir həqiqəti də söyləyək ki, Birinci Qarabağ müharibəsində bizim 4 minə qədər soydaşımız əsir və girov götürülüb. Onların sonrakı taleyi ilə bağlı bizdə heç bir məlumat yoxdur. Hesab edirəm ki, danışıqlar prosesində bu məsələ də gündəmdə saxlanılmalıdır. Həmin insanların sonrakı taleyi, sağ olanların Azərbaycana geri qaytarılması məsələsi öz həllini tapmalıdır. Bunlar çox önəmli məsələlərdir. Eləcə də gələcək əməkdaşlıq mühitinin formalaşmasında bu addımların çox böyük əhəmiyyəti var”.
Tural Turan
-
Magazin219:25
Berk Oktay 20 kiloqram kökəlib bu hala düşdü - Fotolar
-
Hadisə18:45
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir?
-
Sosial17:38
Nazirlik 6 milyona yeni şirkət yaratdı
-
Sosial16:24
Bakıda bu köşklərin fəaliyyəti dayandırıldı - FOTO
-
Sosial15:30
Partlayış zamanı şok keçirən qadın öldü
-
Nida Xəbər 14:43
Nazir onu rəis təyin etdi - FOTO
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi
-
İdman13:01
Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı