Millət vəkili: “Bu ilki Ramazan son 30 ildə qeyd etdiyimiz bayramlardan tam fərqlənir”
Bizi izləyin

Qarabağ

Millət vəkili: “Bu ilki Ramazan son 30 ildə qeyd etdiyimiz bayramlardan tam fərqlənir”

Ramazan ayı müqəddəs Qurani-Kərimin nazil olduğu aydır. İnsanlara mərhəmət, xeyirxahlıq hisslərini aşıladığına görə digər aylardan fərqlənir və hər bir müsəlman üçün ən əziz ay hesab olunur. Bu ilki Ramazan isə son 30 ildə qeyd etdiyimiz bayramlardan tam fərqlənir.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Nəsib Məhəməliyev deyib.

Şuşada dünən keçirilən “Xarıbülbül festivalı”ndan söz açan millət vəkili Ramazan bayramının bu gün bizim üçün xüsusən əlamətdar olduğunu vurğulayıb: “Mənfur düşmənin havadarlarının dəstəyi ilə işğal altında saxladığı Qarabağımız azad olundu. Milyonlarla insanın duaları qəbul olundu. Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev, Ramazan bayramı ərəfəsində azad Şuşada yeni məscidin təməlini qoydu. Vətən müharibəsində Qələbəmizin simvoluna çevrilmiş “Xarıbülbül” beynəlxalq musiqi festivalı keçirildi. Festivalda, Azərbaycanda yaşayan bütün azsaylı xalqların, etnik qrupların iştirakı ölkəmizdə multikural dəyərlərin ən yüksək səviyyədə qorunduğunun göstəricisidir.

Müqəddəs Ramazan bayramı əbədi olaraq mədəniyyət paytaxtımız Şuşaya, Qarabağa qayıtdı.

Ən böyük xoşbəxtlik isə, vətənin bütövlüyü, dayanıqlı sülhün olmasıdır. Əziz həmvətənlər! Sizləri on bir ayın sultanı, müqəddəs Ramazan ayının başa çatması münasibətilə təbrik edirəm, Uca Allahdan oruclarınızın, dualarınızın qəbul olunmasını arzu edirəm. Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirəm. Bayramınız mübarək!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm