Putin Makronla Qarabağı MÜZAKİRƏ ETDİ
Bizi izləyin

Qarabağ

Putin Makronla Qarabağı MÜZAKİRƏ ETDİ

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dövlət başçıları telefon danışığının gedişatında Ukrayna, Liviya və Qarabağı müzakirə ediblər. Rusiya lideri fransalı həmkarını Qarabağla bağlı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmaların reallaşmasının gedişatı barədə məlumatlandırıb.

Həmçinin, prezidentlər beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da müzakirələr aparıblar.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə reallaşıb. ("Report")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm