Savaşın 12-ci günü: Ermənilər itkilərini açıqladı, BU ƏRAZİLƏRİMİZ...
Bizi izləyin

Qarabağ

Savaşın 12-ci günü: Ermənilər itkilərini açıqladı, BU ƏRAZİLƏRİMİZ...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

8 oktyabr 2020-ci il. Müharibənin 12-ci günü...

Saat - 08:07 - Düşmən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutdu

Ötən ilin bu günü düşmən yaşayış məntəqələrimizi yenidən atəşə tutdu. Müdafiə Nazirliyindən bildirildi ki, səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutdu. Ölən və yaralananlar oldu.

Saat - 08:29 - Goranboy atəşə tutuldu, 1 nəfər öldü

Ötən ilin bu günü Baş Prokurorluqdan bildirildi ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə saat 07 radələrində Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olub, yaşadığı evə isə maddi ziyan dəyib. Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərfindən 08.10.2020-ci il tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəymişdi.

Saat - 08:39 - Ermənilər Bərdə və Ağcabədini atəşə tutdu

Ötən ilin bu günü düşmən Bərdə və Ağcabədi rayonlarının kəndlərini atəşə tutdu.

Saat - 08:54 - Gəncə yenə atəşə tutuldu

Ermənistan silahlı qüvvələri 08.10.2020-ci il tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirdi. Hadisə nəticədə bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəydi.

Saat - 10:25 - Düşmən məktəbi və polis şöbəsini atəşə tutdu

İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutdu. 08.10.2020-ci il tarixdə saat 06 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəydi.

Saat -11:29 - Bərdə şəhəri atəşə tutuldu

Saat - 11:38 - Ermənilərin Füzulidə atıb qaçdığı tankların görüntüləri yayımlandı

Ötən ilin bu günü Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində erməni hərbçilərin qaçarkən tərk etdiyi zirehli texnikaların videogörüntüsünü paylaşdı.

Saat - 11:51 - Bərdədə 3 nəfər yaralandı

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini atəşə tutması nəticəsində 3 nəfər yaralandı.

Saat - 12:15 - "Azərkosmos" Suqovuşanın son görüntüsünü paylaşdı

Saat - 12:39 - Ordumuz daha bir erməni əsgərini ələ keçirdi

Ötən ilin bu günü Ordumuz işğalçı Ermənistan ordusunun 6-cı dağatıcı alayının 2-ci taborunda daha bir döyüşçünü - əsgər Narek Qarik oğlu Amirzanyanı ələ keçirdi.

Saat - 13:00 - Ermənistan cəbhədəki yeni itkilərini açıqladı

Qondarma rejimin "Müdafiə Nazirliyi" Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə 08.10.2020-ci il tarixdə verdiyi itkiləri açıqladı. Siyahıda 30 nəfər qeyd olundu.

Saat - 13:08 - Bərdə "Toçka-U" kompleksindən atəşə tutuldu

Saat - 13:52 - Düşmənin Bərdə və Tərtəri atəşə tutan "Qrad"ı məhv edildi

Saat - 14:37 - Prezidentdən yeni tvit

"Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə, münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk". Ötən ilin bu günü sözləri Prezident İlham Əliyev tvitter səhifəsində yazdı.

Dövlət başçısı əlavə etdi: "Ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır".

Saat - 14:46 - Prezidentin köməkçisindən Ermənistana XƏBƏRDARLIQ

Ötən ilin bu günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Habertürk"ə müsahibəsində Ermənistana xəbərdarlıq etdi, yeganə şərtimizi açıqladı.

Saat - 15:32 - Akardan İrəvanla bağlı SƏRT ÇIXIŞ:

"İşğalçı Ermənistanın Tovuzdan sonra başqa mülki yaşayış obyektlərinə hücuma cürət etməsi və təkəbbürü səbrimizi daşıran son damla oldu". Ötən ilin bu günü bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirdi.

Saat - 16:16 - Ceyhun Bayramovla Minsk qrupunun danışıqları keçirildi

Saat - 17:07 - Hikmət Hacıyev Fransa vətəndaşlarının Qarabağda Azərbaycana qarşı döyüşdüklərini AÇIQLADI

"Jurnalistlərin verdiyi məlumatlardan aydın olur ki, erməni əsilli Fransa vətəndaşları Azərbaycanın mülki əhalisinə və hərbçilərinə hücumlar edən muzdlular qismində Ermənistan silahlı qüvvələrinin sıralarında fəaliyyət göstərirlər". Ötən ilin bu günü bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi.

Saat - 17:19 - Düşmənin hərbi kolonu DARMADAĞIN EDİLDİ

Saat - 18:04 - Ermənilərdən ələ keçirilən tankların görüntüsü yayımlandı

Saat - 19:12 - Müdafiə Nazirliyi açıqlama yaydı

"Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan bugünədək işğaldan azad etdiyimiz ərazilərimizdən bir addım belə geri çəkilməyib". Ötən ilin bu günü bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirdi. "Əksinə, əməliyyat planına uyğun olaraq bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır! Qələbə bizimlədir!", - MN sözçüsü əlavə etdi.

Saat - 19:24 - Düşmən 3 rayonu artilleriya atəşinə tutdu

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini davamlı olaraq artilleriya atəşinə tutdu.

Saat - 21:48 - Çavuşoğlu finlandiyalı həmkarı ilə Qarabağdan danışdı

Saat - 22:13 - Ərdoğandan növbəti Qarabağ AÇIQLAMASI

"Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğala son qoymaqdır". Ötən ilin bu günü bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi.

Saat - 23:49 - Ermənilərin Cəbrayılda tarixi abidələri nə üçün məhv etdikləri ÜZƏ ÇIXDI

Ermənistanın hərbi təcavüzü nəticəsində Cəbrayıl şəhərində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb. Düşmənin həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyəti həyata keçirdiyi ötən ilin bu günü "Azersky" peyki vasitəsilə əldə olunmuş təsvirlərdən məlum oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm