Prezidentlə görüşən Vətən Müharibəsi Qəhrəmanı: Həmin an düşünürdüm ki...
Bizi izləyin

Qarabağ

Prezidentlə görüşən Vətən Müharibəsi Qəhrəmanı: Həmin an düşünürdüm ki...

Doğma yurdum Qubadlıda olmaq, Ali Baş Komandanımızla görüşmək, söhbət etmək mənim üçün böyük sevinc, əvəzolunmaz qürurlu anlar idi.

Bu sözləri Publika.az-a açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov deyib.

O, Qubadlıda baş tutan bu görüşü hər zaman arzuladığını bildirib: "Həmişə uşaq olanda da deyirdim ki, inşallah bir gün hansısa uğur yolumda cənab Prezidentlə görüşmək mənə də qismət olar. Şükürlər olsun ki, bu istəyim baş tutdu. Öz doğma yurdumda - Qubadlımda Ali Baş Komandan və birinci xanımla görüşdük. Cənab Prezidentə hisslərimi ifadə etdim, təşəkkür etdim. Mən fəxri adla qiymətləndirildiyimə görə bir çox tədbirlərdə hər zaman ölkə Prezidentinə təşəkkür etmişəm. Qismət oldu ki, Ali Baş Komandanımızın birbaşa özünə həm öz adımdan, həm də döyüş yoldaşlarımız adından minnətdarlığımı bildirdim.

Görüş əsnasında düşünürdüm ki, Prezidentə yaxınlaşa, ünsiyyət qura bilmərəm. Sadəcə uzaqdan görüş olar. Ancaq tam əksinə oldu. İstədiyimiz bir görüş idi. Orada yaşadığım anlar mənim üçün qürurverici anlar idi. Hazırda 20 yaşım var, Vətən Müharibəsi Qəhrəmanı adı veriləndə mənim 19 yaşım var idi. Atəşkəs razılaşmasından 2 gün sonra artıq fəxri adla bağlı əmrim verilmişdi. Mən bunları dövlət başçımıza bildirdim, təşəkkür etdim ki, məni bu yaşımda bu cür şərəfli adla təltif etmisiniz. Bu, ilk səfərim deyildi. Bundan öncə doğma Qubadlıda olmuşdum, atamın yaşadığı evə getmişdim. Qürur duyuram ki, Qubadlını bir daha Ali Baş Komandanımızla gördüm".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm