Savaşın 36-cı günü: Düşmənin canlı qüvvəsi YERLƏ-YEKSAN EDİLDİ
Bizi izləyin

Qarabağ

Savaşın 36-cı günü: Düşmənin canlı qüvvəsi YERLƏ-YEKSAN EDİLDİ

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

1 noyabr 2020-ci il. Müharibənin 36-cı günü...

Saat - 08:23 - Düşmən xeyli itki verdi, hərbi texnikaları MƏHV EDİLDİ

2020-ci il oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutdu. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam etdi. Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itkisi oldu. Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edildi.

Saat - 09:38 - Ermənistan dövlət sərhədində atəşkəs rejimini POZDU

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutdu. Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutuldu.

Saat - 10:49 - Düşmən Tərtər və Ağcabədini atəşə tutdu

Saat - 11:39 - Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıya gəldi

Saat - 12:44 - Düşmənin hərbi yük maşınları partladıldı

Saat - 14:08 - Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi

İlham Əliyevdən sitatlar:

"Sona qədər gedəcəyik"

"Onlar istəyirlər ki, bu işğal əbədi olsun"

"Bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür"

"Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya Prezidenti cənab Putinə məktub göndərmişdir. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır"

Saat - 16:19 - Düşməndən əldə edilən silah-sursatın görüntüləri yayıldı

Ötən ilin bu günü Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində gedən döyüşdə zərərsizləşdirilən düşmən bölmələrindən hərbi qənimət kimi silah və sursat götürüldü.

Saat - 17:56 - Düşmənin iki "Qrad"ı məhv edildi

2020-ci ilin bu günü Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizin mövqelərini atəşə tutan düşmənin 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edildi.

Saat - 18:49 - Düşmənin iki artilleriya batareyası DARMADAĞIN EDİLDİ

Saat - 19:31 - Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Saat - 19:52 - Düşmənin xeyli canlı qüvvəsi MƏHV EDİLDİ

Saat - 21:51 - Düşmənin hərbi avtomobil korteji MƏHV EDİLDİ

2020-ci il oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alındı. İstiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edildi.

Saat - 22:49 - Düşmənin canlı qüvvəsi aviazərbələrlə YERLƏ-YEKSAN EDİLDİ

Ötən ilin bu günü Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman etdi. Endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm