Qarabağ
Ermənilər Qarabağa dönmək istəmir – Paşinyana ETİRAZ
İşğal dövründə Qarabağa yerləşdirilən, müharibə vaxtı Ermənistana qayıdan ermənilər “qaçqın statusu” almaq tələbi ilə etiraz aksiyası keçirir.
Publika.az xəbər verir ki, bu ermənilər hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisinə qayıtmaq istəmədiklərini deyir. Əsas tələbləri Ermənistanda onlara ev verilməsi ilə bağlıdır.
“Bizə qaçqaın statusu verilməlidir. Biz “arsax”da mənzil istəmirik, mənzili Ermənistanda versinlər, “qaçqın statusu” alaq, sonra imkan olarsa, Hadruta, Şuşaya qayıdarıq”, - qondarma “Hadrut uğrunda” QHT-nin rəhbəri Levon Hayryan deyib.
Müharibədən əvvəl Qarabağda yaşayan Artur Stepanyan isə separatçı-terrorçu rejimin qondarma “rəhbəri” Araik Arutyunyanın Ermənistan hakimiyyətinin ayırdığı pulları mənsimədiyini deyir.
“Baş nazir bildirdi ki, “arsax”a verilən maliyyə yardımı ikiqat artırılıb, 144 milyard dram olub, lakin bu pulların hara xərcləndiyi bəlli deyil. Araik Arutyunyan hamısını mənimsəyir. Qarabağda qalan ermənilərin normal həyatı, normal təminatı yoxdur, bizə də deyirlər ki, köçün ora. Orada necə yaşayacağıq?! Biz tələb edirik ki, mənzili Ermənistanda versinlər”, - o bildirib.
Asif
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)