Qarabağ
Xankəndidəki separatçılar qorxu içində: Bakı NƏZARƏTİ bərpa edir - VİDEO

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişi imzalamaq istisna deyil” bəyanatı Xankəndidə qalan separatçı-terrorçuların qalıqlarını qorxuya salıb. Onlar hesab edirlər ki, İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırlaşır.
Publika.az xəbər verir ki, separatçıların qondarma “parlamentinin” “deputatı” Matexe Akopyan Ermənistan hakimiyyətinin əsl məsələni gizlətdiyini deyib.
Onun sözlərinə görə, Qarabağa toxunmadan sülh sazişinin imzalanması mümkün deyil: “Çünki sülh gündəliyinin əsasını delimitasiya və demarkasiya təşkil edir və bu, Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir. Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyacaqlar. Ermənistan özü belə “arsax”ı “dövlət” kimi tanımayıb”.
Qondarma “deputat” Xankəndidə qeyri-müəyyənliyin davam etdiyini qeyd edib. Əlavə edib ki, proses Bakının bu ərazilər üzərində nəzarəti bərpa etməsinə doğru gedir.
Asif

-
Cənubi Qafqaz07:47
Ermənistan Gürcüstandan xahiş edib ki, Rusiyaya... - Nazir AÇIQLADI
-
Dünya03:30
ÜST meymununçiçəyinin iki variantının adını dəyişdi: səbəb nədir?
-
MDB02:42
İranın ölümlə hədələdiyi yazıçı ABŞ-da BIÇAQLANDI
-
MDB02:12
Trampın əmlakına dair axtarış qərarı və inventarı dərc edildi
-
Elm və təhsil01:21
700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nigaranlıq və gərginlik yarana bilər
-
ABŞ00:00
Tramp FTB-ni QINADI: "Könüllü təqdim edə bilərdim"
-
İdman12 Avqust 23:31
Ronaldu "Qızıl top"a namizəd oldu, Messi isə...