Qarabağ
Ölmək istəmirlərsə, rədd olub getsinlər! - Politoloq - VİDEO
"Azərbaycan qarşı tərəfə birneçə dəfə xəbərdarlıq edib. Bizim əsas istəyimiz regionda sülhün bərqərar olmasıdır. Ermənistan isə bölgədə sabitliyin pozulması üçün addımlar atır. Azərbaycan isə adıçəkilən ölkənin xayin planlarını pozmağa davam edəcək".
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, Azərbaycan ordusu terrorçulara layiqli cavabı verir: "Ermənistan Levon Ter Petrosyanın dövründən yanlış bir yola qədəm qoyub. O, Azərbaycanla əlaqələri düzəltməyə çalışırdı. Petrosyan müxalifət tərəfindən devrilməmişdən əvvəl özü də münasibətlərin normallaşmasını istədiyini qeyd etmişdi. Yəni bu proseslərin kökündə separatçılar dayanır. Onların siyasəti işğalçılıqdan ibarətdir. İndi də bunu etməyə çalışırlar, amma ordumuz onların başını əzir".
T.Abbasov vurğulayıb ki, bizim torpaqlarımızda heç bir terrorçu dəstə qalmayacaq:
"Erməni əhali normal yaşamaq istəyirlərsə, əlisilahlı dəstələri özləri oradan kənarlaşdırsın. Bundan sonra onlar Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağ ərazisində yaşaya bilərlər. Əks halda ermənilər yalnız özlərinə problem yaradacaqlar. Ermənitsanın daxilində aranı qızışdırmaq istəyən qüvvələr mövcudluğunu hələ də qoruyur. Onlar gizli yollarla Qarabağdakı terrorçulara silah göndərirlər. Bu məsələlər Rusiya sülhməramlılarının gözündən yayınıb. Ancaq bu, onların günahını azaltmır. Ermənistan həqiqətən sülhün yaranmasında maraqlıdırsa, özləri separatçı dəstələri geri çağırmalıdır. Belə olmadığı təqdirdə Azərbaycan Ordusu orada baş qaldıran terrorçuların başını əzəcək. Biz bunu dünən onlara göstərdik.
"Qisas" əməliyyatı nəticəsində birçox terrorçu və hərbi texnika silahlı qüvvələrimiz tərəfindən məhv edilib. Bundan sonra da əgər insidentlər törədib, əsgərlərimizin həyatına təhlükə yaratsalar, çox ağır şəkildə cəzalandırılacaqlar. Qarabağ bizim torpağımızdır və heç kəs öz ərazimizdə əlisilahlı şəkildə meydan oxuya bilməz. Terrorçular ölmək istəmirsə, rədd olub getsinlər!"
Rahib Ələsgərov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)

.png)

.png)
















.jpg)
.jpg)





