İrəvanda sülh sazişi müəmması: Paşinyan bir söz deyir, Qriqoryan isə...
Bizi izləyin

Qarabağ

İrəvanda sülh sazişi müəmması: Paşinyan bir söz deyir, Qriqoryan isə...

Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzlanması məsələsi üzərində fikir ayrılığına düşüb.

Publika.az
xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzet qeyd edir ki, İrəvanda sülh müqaviləsindən sonrakı vəziyyəti proqnozlaşdırmaqda çətinlik çəkirlər.

“Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən bəyan etdi ki, sülh sazişi ilin sonuna qədər imzalana bilər, baş nazir Paşinyan isə bildirdi ki, Bakıya təkliflər göndəriblər, bu təkliflər qəbul olunarsa, sənəd imzalanacaq.

İki fikir bir-birin təkzib edir. Bununla yanaşı, Xarici işlər naziri Mirzoyan da Moskvaya getməkdən imtina etdi. Bütün bunlar İrəvanda sülh sazişi ilə bağlı fikir ayrılığının olmasından xəbər verir və hakimiyyət hadisələrin inkişafını proqnozlaşdırmaqda çətinlik çəkir”, - qəzet yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm