Qarabağ
Professor erməni vəhşiliklərindən danışdı: "Nişanlı qızı güllələyib, anasını ağacdan asdılar" - VİDEO
Bu gün "Baku Tv"nin efirində Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
Publika.azxəbər verir ki, bugünkü buraxılış Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, filologiya elmlər doktoru, professor Mahirə Hüseynovanın həyat hekayəsinə həsr olunub.
O, Qərbi Azərbaycanın tanınmış ziyalılarından biri kimi, indiki Ermənistanın, o cümlədən qədim oğuz-türk yurdu olan Dərələyəz mahalının tarixi, toponimləri, etnik tərkibi, ermənilərin oraya gəlişi ilə bağlı maraqlı faktlar açıqlayıb.
Professor ermənilərin tarix boyu, zaman-zaman azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən, mənfur düşmənin Dərələyəzdə insanlara qarşı vəhşi hərəkətlərindən, erməni məkrindən söz açıb.
M.Hüseynova Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasında ziyalılarla keçirdiyi görüşdə qarşıya qoyduğu vəzifələri xatırladıb, torpağa bağlılıq, Vətəni sevmək, doğma yurdu boş qoymamaq üçün əzəli torpaqlarımıza qayıdacağımıza əminliyini bildirib.
Daha ətraflı süjetdə:
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO









.jpg)

























