Qarabağ
Ağdamda iki nəfər minaya düşərək həlak oldu
Ağdamda iki nəfər minaya düşərək həlak olub, araşdırma davam etdirilir.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Səfərli qəsəbə sakinləri - 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.
"2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla üumumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda qeyd edilib.
13:05
Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.
DİN-in mətbuat xidmətindən Publika.az-a bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.
Faktla bağlı araşdırma aparılır.
-
Hadisə22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU



































.jpg)