Qarabağ
Talış kəndində 30 ildən sonra ilk bayram - Foto
Tərtərin Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçirilir.
Publika.az xəbər verir ki, Talış kəndinə yeni köçən ailələr üçün təşkil olunan şənlikdə milli oyunlar, folklor nümunələri sərgilənir. Kəndirbazlar ip üzərində oynayıb, pəhləvanlar qurşaq tutub. Yerli incəsənət adamları müxtəlif musiqi nümunələri ifa edib.
Tədbir iştirakçıları Qarabağ atlarının da keçidinə tamaşa edib.
Bundan başqa, tamaşalar da nümayiş edilib. Tədbirin gecə saatlarınadək davam etməsi planlaşdırılır.
Qeyd edək ki, martın 16-da 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə köçürülüb. Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir. Kənddə 4 yol-kommunikasiya şəbəkəsi tam olaraq qurulub.
Bundan başqa, kənddə 9 qeyri-yaşayış binası fəaliyyət göstərir. Kəndin su-kanalizasiya xətti çəkilib. Məktəb və uşaq bağçasında son tamamlanma işləri aparılır. Kənd tamamilə qazlaşdırılıb. Hazırda Talışda bərpa-quruculuq işləri davam edir. Növbəti mərhələdə kəndə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı
-
Rəsmi xronika10:38İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
























.jpg)




.jpg)








