Qarabağ
Xəbərdarlıq dövrü bitdi: Ordumuz Qarabağda hərəkətə keçdi
Son dövrlər ermənilər Qarabağa qanunsuz daşımaları həyata keçirmək məqsədilə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edir, eləcə də bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında tikinti işləri aparırdı: silah-sursat və canlı qüvvə bu yollarla Azərbaycan ərazisinə gətirilirdi; məqsəd separatçı-terrorçuların güclənməsi və Azərbaycana qarşı təxribat hücumlarına hazırlıq idi;
Azərbaycan bu qanunsuz əməllərə son qoyulması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Lakin nə ermənilər, nə Ermənistan, nə də Rusiya sülhməramlıları bu xəbərdarlıqların heç birinə əməl etmədi. Hətta Rusiya sülhməramlıları qanunsuz daşımaların həyata keçirilməsini birbaşa mühafizə edirdi.
Artıq xəbərdarlıq dövrü başa çatdı. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Bu açıqlamadan iki nəticə çıxır:
Birincisi, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb;
İkincisi, bu, Azərbaycan ordusunun birbaşa Laçın yolunda praktiki addımlar atmasıdır: bununla rəsmi Bakı Laçın yolunun öz suveren ərazisi olduğunu və yoldan qeyri-qanuni məqsədlər üçün istifadəyə imkan verilməyəcəyini əyani şəkildə nümayiş etdirdi;
Üçüncüsü, artıq xəbərdarlıqlar dövrü başa çatdı: bundan sonra qanunsuz fəaliyyətlərin qarşısı birbaşa müdaxilə ilə alınacaq;
Ordumuz gördüyü tədbirlər nəticəsində separatçı-terrorçuların Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhdinin də qarşısı alınıb. Bu da xəbərdarlıq dövrünün başa çatdığı və birbaşa müdaxilə dövrünün başlandığının daha bir nümunəsidir.
Asif Nərimanlı
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq






































.jpg)
