Qarabağ
Qarabağdakı ermənilərə yeni dəvət - PA-nın təklifinin hədəfi
Prezident Administrasiyası Qarabağdakı ermənilərin nümayəndələrini görüş üçün yenidən Bakıya dəvət edib. Gündəm dəyişmir: reinteqrasiya və Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi;
Bu təklifin indi – Qarabağda son əməliyyatdan sonra edilməsi xüsusilə əhəmiyyətlidir.
Birincisi, separatçıların Ermənistana çıxış yollarının bağlanması onlar ətrafında çəmbəri daraldır;
İkincisi, nəfəs yolları bağlanan ermənilərə çıxış yolu təklif edilir: Bakıda reinteqrasiya məsələlərini müzakirə etmək;
Bakıda ilk görüş təklifi ilə ikinci təklif arasında əsas fərq də son əməliyyatın nəticəsində ermənilərin imtina etmək imkanlarının daralmasıdır.
Hərçənd, separatçıların ermənilərin adından bu təklifdən imtina edəcəyi ehtimalı daha böyükdür. Çünki Bakıya gəlmək öz iddialarından imtina etmək və inteqrasiya prosesini qəbul etmək deməkdir. Azərbaycan bunu anlayır və məhz Bakıda görüş üzərində israr etməklə separatçıları, həm də onları dəstəkləyənləri dilemma qarşısında qoyur: ya inteqrasiya prosesini qəbul edəcəklər, ya da onların Qarabağdakı erməni əhalisinin təmsilçisi olmadığı və təmaslara mane olduqları növbəti dəfə təsdiq olunacaq;
Və bu, Bakının separatçılara qarşı addımlarını legitimləşdirən amildir.
PA-nın görüşün Bakıda keçirilməsi təklifini yenidən irəli sürməsi Azərbaycanın ermənilərlə təmasları vasitəçisiz – ruslar olmadan – keçirmək niyyətindən imtina etmədiyini də təsdiq edir.
Asif Nərimanlı
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"

















.jpg)




















