Qarabağ
Bakının Xankəndi üzərində nəzarəti – Məxfi sənəddə nələr var? - VİDEO
“Ermənistanın baş naziri Qarabağın Azərbaycan ərazisi kimi tanındığı Qərb sövdələşməsinə razıdır”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Respublika Partiyasının sədr müavini, keçmiş deputat Armen Aşotyan deyib.
Aşotyan qeyd edir ki, Ermənistan hakimiyyəti Qərbin geosiyasi oyununun bir hissəsinə çevrilib: “Məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Brüssel və Vaşinqton platformalarında Azərbaycanla aparılan danışıqlar da bu oyunun tərkib hissəsidir. Bu platformalar arasında heç bir fərq yoxdur, hər iki platformada Qarabağın “öz müqəddəratını təyin etmə hüququ”ndan imtina edilir. Qərb masasında aparılan bütün danışıqların məntiqi sonluğu Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını nəzərdə tutur. Rusiyadan fərqli olaraq, Qərbin iki müstəvidə hərəkət etmək imkanı var. Əgər Brüssel formatında müəyyən durğunluq yaşanarsa, o zaman, onu Vaşinqton əvəz edir. Lakin danışıqlar nəticə etibarilə Azərbaycanın istəklərinə uyğun şəkildə aparılır”.
Qeyd edək ki, Aşotyan fevral ayında Azərbaycan və Ermənistan arasındakı sülh sazişinə dair Brüsseldə razılaşdırılmış sənədi yayımlamışdı. Sənəddə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qeyd olunur, Qarabağdakı erməni əhalisi ilə Bakı arasında təmaslar dəstəklənir.
İndi Aşotyan deyir ki, həmin sənəd gələcək müqavilənin prinsiplərini əks etdirir.
“Qarabağdakı erməni əhalisi ilə Bakı arasında dialoq da ermənilərin tədricən Azərbaycana inteqrasiyasını nəzərdə tutur. ABŞ-ın təklif etdiyi variant da Brüssel variantından fərqlənmir, hər iki platformada Bakının Xankəndi üzərində nəzarəti qəbul edilir. Məxfi saxlanılan sənəddə hər şey Bakının istəyinə uyğundur”, - Aşotyan bildirib.
Asif
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
