Qarabağ
Babayan Xankəndinə gəldi: ermənilərə zülm edir
Qarabağda separatçı-terrorçu rejimin keçmiş “müdafiə naziri”, I Qarabağ müharibəsində azərbaycanlılara qarşı qətliamların iştirakçısı Samvel Babayan iki aya yaxındır Xankəndindədir.
Publika.az xəbər verir ki, bu barədə “Hrparak” nəşri yazıb.
Nəşr yazır ki, Samvel Babayan Qarabağda ermənilərin yaşadığı ərazilərdə ət bazarını ələ keçirməyə çalışır.
“Qarabağa ətin gətirilməsini müharibədə ölən hərbçilərdən birinin qardaşı həyata keçirir. Lakin Babayan Xankəndinə köçəndən sonra Ermənistandakı əlaqələrindən istifadə edərək, ət bazarını ələ keçirməyə çalışır, hətta buna görə hazırda bu sahəyə baxan şəxslə mübahisə də yaşanıb.
Daha sonra məsələni sakitləşdiriblər və hazırda ət bazarına Babayan baxır. Əhali isə son vaxtlar ətin keyfiyyətindən şikayətlənir. Məsələ ilə bağlı Babayandan heç nə öyrənə bilmədik. Lakin əhali bildirir ki, hazırda çətin vəziyyətin olmasına baxmayaraq, bəzi məmur və komandirlər pul qazanmaq haqqında düşünür”, - nəşr yazır.
Qeyd edək ki, Babayanın separatçı-terrorçu rejimin yeni “rəhbəri” ola biləcəyi haqda da məlumatlar var.
Asif
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"

















.jpg)




















