Qarabağ
Ordumuz bir kilometr də irəlilədi - Xankəndidə bundan danışırlar
Azərbaycan Ordusu martın 25-də Qarabağda keçirdiyi əməliyyat zamanı bir kilometr irəliləyib.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən yazıb.
Rəsmi Bakı torpaq yollardan silah-sursat daşınmasına son qoyulması ilə bağlı ermənilərə dəfələrlə xəbərdarlıq etsə də, buna əməl edilmirdi. Nəhayət martın 25-də Azərbaycan Ordusu 2054 metr hündürlükdəki strateji yüksəkliyi də azad edib və separatçıların istifadə etdiyi torpaq yolları nəzarətə götürdü.
Nəşr Qarabağdakı erməni mənbələrdən əldə etdihyi məlumata istinadən yazır ki, Azərbaycan Ordusu bir kilometr irəliləyib.
“Əvvəlcə torpaq yolu tutmamışdılar, yola yaxınlaşdılar və bu, onsuz da həmin yoldan istifadəni mümkünsüz etdi. Lakin daha sonra yolu tamamilə nəzarətə götürdülər. Azərbaycan tərəfi bir kilometr irəliləyib, Rusiya sülhməramlılarının geri çəkilməklə bağlı çağırışlarını dinləmirlər və artıq ruslar da yeni vəziyyəti qəbul edib. Bununla yanaşı, erməni hərbçilərlə (separatçıların silahlı dəstələri-red) mütəmadi atışmalar da yaşanır”, - mənbə nəşrə danışıb.
Asif
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"

















.jpg)




















