Qarabağ
Ordumuz Laçına girəndən sonra separatçılar bu yoldan keçməyə hazırlaşır - FOTO
Yeni Laçın yolunun istifadəyə verilməsi ilə Azərbaycan Gorus-Xankəndi yolunun Laçının Zabux kəndi ilə Gorusun Tex (Dığ) kəndi arasından keçən hissəsinə nəzarəti bərpa edib.
Publika.az xəbər verir ki, ermənilər bundan sonra Tex və Laçın arasında asfalt olnmayan yoldan istifadə edəcəklər.
Qarabağdakı separatçılar bildirir ki, asfalt olmayan bu yol artıq istifadəyə yararlıdır və bu yol ötən ilin avqustunda istifadəyə verilən Laçın-Böyük Qaladərəsi yolu ilə birləşir.
Qeyd edək ki, ötən ilin avqustunda Laçın dəhlizi yeni marşruta köçürüldü. Lakin Ermənistan tərəfi Gorusun Tex kəndindən Laçına qədər olan yolu inşa etmədiyi üçün Azərbaycan tərəfi Texdən Zabuxa qədər olan ərazidə ermənilərə müvəqqəti yol ayırmışdı. Bu yol Laçın dəhlizinin yeni yolu ilə birləşirdi. Məlumatlara görə, rəsmi Bakı ermənilərə aprelin 1-nə qədər vaxt veribmiş və bu vaxta qədər Zabux istiqamətində müvəqqəti ayırdığı yolu bağlayacağınlı bildirib. Ermənistan tərəfi inşa etməli olduğu yolda heç bir iş aparmasa da, Azərbaycan artıq yolu bağlayıb və Laçın dəhlizi tamamilə yeni marşruta köçürülüb. Ermənilər indi asfaltlanmayan Tex-Laçın yolundan istifadə edəcəklər. İrəvan bu yolu tezliklə düzəldəcəyini deyir, lakin artıq bu, Ermənistanın problemidir.
Burada əsas məqam separatçıların Tex-Laçın yolundan qanunsuz daşımaların həyata keçirməsi məsələsidir. Doğrudur, Azərbaycan Laçın dəhlizinə vizual nəzarət edir və daşınan yüklərin müşahidəsini aparır. Lakin Laçın yolunun Ermənistanla sərhəddə başlayan hissəsində nəzarət-keçid məntəqəsi qurulmayana qədər ermənilərin qanunsuz daşımalarına son qoyulacağına heç kim zəmanət verə bilməz. Bu baxımdan, Azərbaycanın Tex-Laçın yolunun sərhədimizdə başlayan hissəsinə nəzarətinə də böyük zərurət var.
Asif
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
