Qarabağ
Ordumuz irəlilədi: Azərbaycan bayrağı Zəngəzurda belə qaldırıldı - VİDEO
09:17
Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra ordumuz Ermənistan-Azərbaycan sərhədində irəliləyib.
Publika.az xəbər verir ki, buna səbəb Ermənistanın işğal dövründə dövlət sərhədini qanunsuz olaraq irəli çəkməsidir. İndi dövlət sərhədi yenidən çəkilir və xəritələrə uyğun olaraq vaxtilə ermənilərin zəbt etdiyi ərazilər geri qaytarılır.
Ermənistan mediası yazır ki, sərhədin bərpa edilməsi nəticəsində Azərbaycan ordusunun mövqeləri Gorusun Tex (Dığ) kəndi istiqamətində irəliləyib. Eyni zamanda, kəndin 60 hektara yaxın ərazisi ordumuzun nəzarəti altına düşüb.
Dövlət sərhədinin qanunsuz olaraq irəli çəkildiyi dövrlərdə sərhəd bölgələrində yaşayan ermənilər bu əraziləri kənd təsərrüfatı və digər məqsədlər üçün istismar edib. Tex kəndinin əkin sahələrinin böyük qismi də məhz bu ərazilər hesabına formalaşıb. İndi həmin ərazilərə Azərbaycanın nəzarəti bərpa olunur.
Tex kəndinin sakini Masis Zeynalyan bildirir ki, sərhədin dəyişməsindən sonra Azərbaycan bayrağı onun əkin sahəsi kimi istifadə etdiyi ərazidə qaldırılıb.
“Azərbaycanlıların irəliləməsi nəticəsində kənd əhalisinin böyük bir hissəsi əkin sahələrindən məhrum olublar. Bu sahələrdə əsasən taxıl əkilirdi. Rusiya sərhədçiləri həmin ərazilərin qarşısında dayanmışdılar, lakin geri çəkildilər. Heç bir qarşıdurma yaşanmadı, azərbaycanlılar gəldilər və mövqelərini yerləşdirdilər”, - Zeynalyan deyib.
“Hraparak” nəşri mənbələrə istinadən yazır ki, Ermənistana yerləşdirilən Avropa İttifaqının müşahidə missiyasının üzvləri də əraziyə baxış keçirmək üçün Tex kəndinə gəliblər, lakin onların irəliyə getməsinə icazə verilməyib.
“Sünikdəki (Zəngəzur) mənbəmiz bildirir ki, hələ bir ay öncə bu ərazilərin də Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar var idi”, - nəşr yazır.
Asif
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
