Qarabağ
İrəvanın Qarabağa gizli yolla göndərdiyi yük – Gorusdan Turşsuya nə daşınır? - VİDEO
09:06
Azərbaycan ordusunun Qarabağda son əməliyyatı zamanı separatçıların istifadə etdiyi torpaq yolların (Xankəndi-Xəlfəli-Turşsu) nəzarətə götürülməsi nəticəsində bir qrup erməninin hələ də qaldığı Böyük və Kiçik Qaladərəsi, eləcə də Turşsu kəndlərinin Xankəndi ilə əlaqəsi də kəsilib. Müharibədən sonra bu kəndlər Laçın dəhlizinin keçdiyi ərazidə yerləşdiyi üçün sülhməramlıların nəzarətində qalmışdı. Ermənilər ruslara güvənərək, kəndi tərk etmədilər. İndi isə onların Xankəndidəki separatçılarla əlaqəsi ordumuz tərəfindən nəzarətə götürülüb.
Publika.az xəbər verir ki, Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşı hesab edir və onların bütün problemlərinin həll edilməsi ilə bağlı təkliflər irəli sürür. Lakin separatçıların təzyiqinə görə ermənilər hələ ki, Bakıya üz tutmaqdan çəkinirlər.
Yolun nəzarətə götürülməsi ilə separatçılarla əlaqəsi kəsilən bu kəndlərdəki ermənilərin indi seçimi Azərbaycana üz tutmaqdır. Lakin Ermənistanın prosesə gizli şəkildə müdaxilə etdiyi haqda məlumatlar var.
Turşsuda qalan 73 erməninin Gorusla əlaqə qura bilməsi də bunu deməyə əsas verir.
Kənd icmasının rəhbəri Qaqik Nəsibyan Ermənistan mediasına açıqlamasında bunu etiraf edib.
“Xankəndi ilə əlaqə tamamilə kəsilib. Yol olmadığı üçün ərzaq məsələlərini Xankəndidən həll etmək mümkün deyil, buna görə ərzağı Gorusdan daha rahat şəkildə gətirirlər”, - o bildirib.
Nəsibyan Gorusla necə əlaqə yaratdıqlarını açıqlamayıb. Xəritə üzərindən Turşsu və Gorus arasındakı məsafəyə baxdıqda da bunun mümkün olması sual altına düşür. Burada iki mümkün versiya var:
Birincisi, Ermənistanın Qarabağa hansısa gizli yollarla keçid imkanı hələ də qalır və bu yollarla Turşsuya yük göndərir;
İkincisi, Rusiya sülhməramlıları kənddə qalan ermənilərin təminatını Gorusdan təmin edir: hərçənd, təminat Gorusdan olduğu üçün hər iki halda prosesdə Ermənistanın iştirakı məlumdur;
Ermənistandan Qarabağa ərzaq adı altında silah-sursatın daşındığı təcrübəsi fonunda bu məsələ xüsusilə diqqət çəkir. İstisna deyil ki, Turşsuda qalan 73 erməniyə “ərzaq aparılır” adı ilə Azərbaycan ərazisinə gizli şəkildə hərbi yüklər keçirilir. Bakının bu məsələni diqqətdə saxlaması zərurəti var.
Asif
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO


























.png)












.jpg)