Qarabağ
Xankəndində Azərbaycan həkimlərini görən ermənilər nə edib? – Detallar açıqlandı
Ermənistan mediası dünən Xankəndinə daxil olan Azərbaycanın təcili tibbi yardım maşını ilə bağlı diqqətçəkən detallar yayıb.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri Qarabağdakı ermənilərdən baş verənlərlə bağlı məlumat əldə edib.
“Xankəndinə daxil olan Azərbaycanın təcili tibbi yardım maşınını görən insanlar şoka düşüblər. Hətta bunun niyə olduğunu sülhməramlılardan soruşublar, cavab belə olub ki, xəstələrin həyatını xilas etmək üçün bu vacib idi”, - ermənilər nəşrə danışıb.
Nəşr yazır ki, əslində baş verənlər Azərbaycanın əməliyyatı idi: “Bu əməliyyat Rusiya sülhməramlıları ilə birlikdə həyata keçirildi. Çünki sülhməramlılar Xankəndindən təcili yardım maşını çağırmaq əvəzinə, azərbaycanlılara müraciət edib, onlar da dərhal hərəkətə keçiblər. Dünən baş verən hadisədən nəhayət aydın oldu ki, Rusiya Qarabağı tədricən Azərbaycana qaytarır. Azərbaycanın təcili yardım maşınının Xankəndinə daxil olması ermənilər üzərində psixoloji təsirə malikdir. Bununla Azərbaycanla inteqrasiyanın alternativinin olmadığını əyani şəkildə nümayiş etdirdilər”.
Asif
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
