Qarabağ
Azərbaycan əsgərləri bayrağa görə erməni əsgərlərini döydü – Əlbəyaxa DAVA
09:06
Gorusun Tex (tarixi adı Dığ) kəndi istiqamətində Azərbaycan əsgərləri ilə erməni əsgərləri arasında əlbəyaxa davanın təfərrüatları ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.
Nəşrin Tex kəndindəki ermənilərdən əldə etdiyi məlumata görə, davaya səbəb bayraq məsələsi olub.
“Azərbaycan əsgərləri ərazidə istehkamlar tikməyə və üzərində bayraqları olan dirəklər basdırmağa başlayanda erməni əsgərlər də yaxınlıqda Ermənistanın bayrağı olan dirəklər basdırıb. Azərbaycan əsgərləri buna irad bildirib, bu hərəkətin onları qıcıqlandırmaq üçün bilərəkdən edildiyini deyiblər. Hər iki tərəf arasında 10 metr məsafə olub. Nəticədə mübahisə əlbəyaxa davaya səbəb olub. Azərbaycanlılar davada qalib gəliblər”, - kənd sakinləri nəşrə deyib.
Bu informasiyanın doğru olduğunu hesab etsək, detallar günahkarın ermənilər olduğunu göstərir. Erməni nəşri də yazdıqları ilə bunu təsdiq edir. Ümumilikdə 44 günlük müharibədən sonra dövlət sərhədinin bərpası zamanı ermənilər tərəfindən dəfələrlə təxribatlar törədilib. Azərbaycan əsgərləri də zaman-zaman onları döyərək, ərazidən uzaqlaşdırıblar.
Qeyd edək ki, yeni Laçın yolunun istifadəyə verilməsindən sonra Ermənistanla sərhəddə hakim yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi nəticəsində işğal dövründə qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədinin bərpası prosesi bu istiqamətdə də həyata keçirilir. Gorusun Tex kəndi istiqamətində dövlət sərhədinin bərpası edilməsi ilə ermənilərin illərdir otlaq və əkin sahəsi kimi istifadə etdikləri ərazilərimiz də qaytarılıb. Hazırda ərazidə mühəndislik işləri həyata keçirilir.
Asif
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama







.jpg)

.png)




.jpg)










.jpg)











