Qarabağ
Ermənistanın sərhəddə 5 kilometr istəyi – Azərbaycan geri çəkilmir
Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra Ermənistanla Azərbaycan sərhədinin bu istiqamətdəki 12 kilometrlik hissəsinin 7 kilometrində yerləşmə məntəqələri dəqiqləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, həmin istiqamətdə sərhədin 5 kilometr ərazisinin müəyyənləşməsində fikir ayrılığı var.
“Bəzi hissələrdə Azərbaycan 100-300 metr irəli gəlib, lakin biz artıq razılaşmışıq ki, məsələ üzərində katoqraflar işləyəcək”, - Nikol deyib.
Qeyd edək ki, Ermənistan işğal dövründə dövlət sərhədini qanunsuz olaraq irəli çəkib. Müharibədən sonra dövlət sərhədinin bərpası istiqamətində işlər aparılır. Azərbaycan addımlarını dəqiq xəritələrə əsasən atır. Laçın istiqamətində ordumuzun sərhəd boyu yerləşdiyi ərazilər də bu xəritələrə uyğundur. Nəticədə işğal dövründə ermənilər tərəfindən otlaq və əkin sahəsi olaraq istifadə edilən və Gorusun Tex kəndinin inzibati ərazisinə daxil edilən ərazilərimizə nəzarət bərpa olunub. Paşinyanın “mübahisəli” dediyi 5 kilometrlik hissəsi bununla bağlıdır. Azərbaycan Ordusu artıq ərazidə mühəndis işlərini həyata keçirir.
Asif
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
