Qarabağ
Bakı Xankəndiyə addım-addım yaxınlaşır - Dünən Xocalıda nə baş verib?
Rusiya Müdafiə Nazirliyi ötən gün Xocalıda atışmanın olduğu haqda məlumat yayıb.
Publika.az xəbər verir ki, atışmalara görə adətən Azərbaycanı günahlandıran Rusiya bu dəfə konkret heç nə qeyd etməyib. Məlumatda, sadəcə Xocalıda atışma ilə bağlı 4 faktın qeyd olunduğu iddia edilir.
Azərbaycan tərəfinin atışma ilə bağlı heç bir rəsmi məlumatı yoxdur. Bu baxımdan, Rusiya Müdafiə Nazirliyinin məlumatının iddiadan başqa bir şey olmadığı da istisna edilməməlidir və aydındır ki, məqsəd Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesinin qarşısını almaqdır. Bu iddia xüsusilə separatçı-rejimin Bakıya görüşmək istəklərini bildirməsi fonunda diqqət çəkir.
Görüş üçün Bakıya gəlməkdən imtina edən separatçılar təmasların Xocalıda keçirilməsini istəyir və bununla reinteqrasiya prosesini pozaraq, özlərini “tərəf” kimi göstərirlər. Onların görüş təklifi də beynəlxalq ictimaiyyətə “təmaslarda maraqlı” olduqlarını nümayiş etdirməkdir. Lakin belə təkliflərə paralel olaraq, “reinteqrasiyanın mümkünsüzlüyünü” sübut etmək məqsədilə Qarabağda qarşıdurmanın yaşanacağı təxribatlara da əl atacaqları da gözlənilir. Bu baxımdan, Xocalıda atışmanın olduğu məlumatları məhz buna hesablanıb.
Lakin xarici aləmə bütün çıxışları bağlanan separatçıların çıxılmaz vəziyyətdə olduqları da məlumdur. Ermənistan mediası onların Bakıya “görüş təklifini” Azərbaycanın tətbiq etdiyi reallıqla barışmaq olduğunu yazır.
“Bakıya görüş təklifi və “humanitar məsələlərin müzakirəsi” istəyi o deməkdir ki, vəziyyət çox çətindir. Halqa o qədər daralıb ki, artıq görüş təşəbbüsünü “arsax” irəli sürür, Bakıdan xahiş edirlər. Baş verənlər göstərir ki, Bakı reinteqrasiya planı üzərindən addım-addım Xankəndiyə yaxınlaşır”, - “Hraparak” qəzeti yazır.
Asif
-
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı
-
Rəsmi xronika10:38İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
-
MDB10:1810 il işləyən həkimə EV VERİLSİN - Yeni təklif
-
ABŞ09:24Trampdan Xark adası ilə bağlı şok paylaşım: “Param-parça olur!” - VİDEO
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...














.jpg)













.jpg)










