Qarabağ
Xankəndidə Azərbaycana görə dava düşdü: separatçını bıçaqladılar - VİDEO
09:06
Xankəndidə ermənilər arasında dava olub.
Publika.az xəbər verir ki, qondarma rejimin keçmiş “müdafiə naziri” Samvel Babayan aprelin 16-da Xankəndidəki “Nadejda” restoranında ermənilərlə görüş keçirib.
“Hraparak” nəşri yazır ki, görüş xoşagəlməz sonluqla başa çatıb.
Görüşdə mübahisə düşüb, əvvəlcə söz davası başlayıb, daha sonra əlbəyaxa davaya çevrilib. Babayanın qondarma partiyasının üzvlərindən biri separatçıların qondarma “parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri” kimi təqdim olunan Seyran Ayrapetyanı bıçaqlayıb.
Davanın təfərrüatları tam açıqlanmasa da, erməni mənbələr görüşdə Samvel Babayanın qondarma rejimin “rəhbərliyinə” gəlməsi ətrafında müzakirələrin getdiyini yazır. S.Babayan qondarma rejimin hazırkı “rəhbərliyindən” fərqli olaraq, Bakı ilə reinteqrasiya prosesinin müzakirəsinin mümkünlüyü mövqeyindən çıxış edir. Onun Xankəndinə gələrək, “siyasi proseslərə” qatılmasının Ermənistan hakimiyyətinin planı olduğu haqda da məlumatlar var.
Məlumatlara görə, görüşdə davanın əsas səbəbi də Azərbaycanla bağlı olub. Bildirilib ki, separatçı rejimin hazırkı mövqeyi erməni əhalisinin ziyanınadır. Bundan sonra mübahisə düşüb. Əlbəyaxa davaya çevrilən hadisə zamanı görüş iştirakçılarından biri Seyran Ayrapetyanı bıçaqlayıb.
Asif
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
