Qarabağ
Araik son varianta əl atır: Laçın postuna qarşı nə planlaşdırırlar?
Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması ilə çıxılmaz vəziyyətə düşən Xankəndidəki separatçı-terrorçu rejim mövcudluğunu saxlamaq üçün son varianta əl atır: erməni əhalisi adından “müqavimət hərəkatı”na start verilib;
Publika.az xəbər verir ki, separatçı rejimin təşkilatçılığı ilə bir qrup erməni Laçın yolunda postun qurulmasına qarşı qondarma “etnik təmizləməyə yox” iddiası üzərindən kampaniyaya başlayıb.
Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa cəlb etmək, Azərbaycanın öz suveren ərazilərində qurduğu sərhəd-keçid məntəqəsinin ləğvinə nail olmaqdır. Ermənilər tarix boyu əl atdıqları qondarma “etnik təmizləmə”, “soyqırımı” kimi kartlarını bu dəfə də işə salıblar. Kampaniyanın təşkilatçısının separatçı rejim olduğu şübhəsizdir. Separatçıların qondarma “başçısı” Araik Arutyunyanın “imzatoplama kampaniyasına” qoşulması da bundan xəbər verir.
Kampaniyanı başladan ermənilər bəyan ediblər ki, ya beynəlxalq ictimaiyyət Laçın yolunda postun ləğv edilməsinə nail olmalıdır, ya da onlar başqa yollara əl atacaqlar. Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsinin götürülməyəcəyi məlumdur, beynəlxalq ictimaiyyət Azərbaycanın suveren ərazisində atdığı addıma müdaxilə edə bilməz, edə bilmir də. Hətta ermənilərin güvəndiyi Rusiya da reallıqla barışıb. O zaman sual yaranır: separatçıların göstərişi ilə danışan bir qrup erməni “başqa yollara əl atacaqlar” dedikdə nəyi nəzərdə tuturlar?
Bunun diqqəti cəlb etmək üçün istifadə edilən şantaj olduğu aydındır. Lakin istisna deyil ki, separatçı rejim öz mövcudluğunu qorumaq üçün erməni əhalisini qırğına verə bilər. Separatçıların əlində silah-sursatın olduğu sirr deyil, əhalini silahlandıra və Laçın postuna, eləcə də ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqelərinə qarşı təxribatlar törədilə bilər. 2021-ci ilin noyabrında erməni terrorçu Norayr Mirzoyanın Şuşa postuna bomba atması təcrübəsi də yenidən terror kartının istifadə edilməsi ehtimalını önə çıxarır.
Asif
-
ABŞ09:24Trampdan Xark adası ilə bağlı şok paylaşım: “Param-parça olur!” - VİDEO
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir













.jpg)

.jpg)




















.jpg)
