Qarabağ
Moskva Laçın yolunda postun qurulması reallığı ilə barışır
Rusiya Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması reallığı ilə barışıb.
Publika.az xəbər verir ki, bu nəticəni Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı vəziyyətlə bağlı dünən yaydığı məlumatdan çıxarmaq mümkündür.
Məlumatda qeyd olunur ki, Rusiya sülhməramlıları Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir: “30 müşahidə məntəqəsində nəzarət həyata keçirilir. Son 24 saatda hansısa hadisə qeydə alınmayıb. Xankəndinə humanitar yük çatdırılıb”.
Rusiya sülhməramlılarının komandanı Volkovun Lentsovla əvəzlənməsində məqsəd Laçın yolunda postla bağlı danışıqlar aparmaq olub. Moskvanın iki məqsədi var idi: ya postun ləğv edilməsi, ya da rus hərbçilərinin də orada dayanması;
Danışıqlar nəticə verməyib. Sərhəd-keçid məntəqəsində Azərbaycan gömrükçülərinin də fəaliyyətə başlaması və ermənilərin pasportlarının yoxlanılmasına start verilməsi də bunu təsdiq edir. Rusiya Müdafiə Nazirliyinin məlumatında isə artıq Laçın postu və danışıqlarla bağlı qeydin yer almaması Moskvanın da reallığı qəbul etməsindən xəbər verir.
Asif
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"













.jpg)






















