Qarabağ
Erməniləri Laçın postuna onlar göndərib - Separatçılar təslim olur?
Laçın yolundakı sərhəd-keçid məntəqəsində erməni əhalisinin pasportunun yoxlanılması ilə bağlı görüntülərin yayılması Xankəndidəki separatçılar və İrəvandakı revanşistlər tərəfindən təşvişlə qarşılanıb.
Publika.az xəbər verir ki, separatçılar Azərbaycanı “əhalinin çətin vəziyyətindən istifadə etməkdə” ittiham edir və əslində, bununla ermənilərin reinteqrasiyaya razı olmadığı rəyini yaratmağa çalışırlar.
Görnütülərdə ermənilərin postdan pasportlarını təqdim edərək, rahat şəkildə keçdiyi əks olunur.
Ermənistan parlamentini deputatı, hərbi ekspert Tiqran Abramyan isə separatçıların bu iddialarını alt-üst edib.
Onun sözlərinə görə, erməni əhalisinin postdan keçməsinə şəraiti elə separatçı rejim özü yaradıb.
“Artıq bir həftədir azərbaycanlıların nəzarət-buraxılış məntəqəsi ilə bağlı video və fotolar dərc olunur. Aydındır ki, əhalinin oradan keçməsi heç də asan deyil, çünki posta gələnə qədər “arsax polisi” var. Əhali onları keçdikdən sonra posta yaxınlaşa bilər. Bu da o deməkdir ki, onların razılığı və ya icazəsi olmadan insanlar posta yaxınlaşa bilməz. Aydındır ki, “arsax hakimiyyəti” buna şərait yaradıb və bu, Azərbaycana heç bir “blokadanın” olmadığını nümayiş etdirməyə imkan verir. Onlar (separatçılar-red) bunu hansı razılaşma, yaxud qərarla etdiklərini izah etməlidir”, - Abramyan deyib.
Laçın yoluna postun qoyulmasından sonra separatçılar özlərini xilas etməyə çalışır və istisna deyil ki, onlar Qarabağdan qaçacaqlar. Bu baxımdan, yeni reallıq və rəsmi Bakının tələbləri qarşısında təslim olurlar.
Asif
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO



































.jpg)