Qarabağ
Vaşinqtonda sülh danışıqları gedən vaxt ruslar Qarabağda nə edir?
Rusiya Müdafiə Nazirliyi Qarabağda “atəşkəsin” pozulduğu iddiasını yayımlayıb.
Publika.az xəbər verir ki, Rusiya sülhməramlıları atəşin açılması faktı üzrə araşdırma aparır.
Lakin belə bir hadisənin olduğuna dair məlumat nə Azərbaycan, nə də Ermənistan mənbələrində yoxdur.
Rusiyanın belə bir məlumat yayması təsadüfi deyil, xüsusilə Vaşinqtonda sülh sazişi üzrə danışıqların getdiyi vaxt. Bakı-İrəvan danışıqlarının gündəliyində əsas məsələlərdən biri Qarabağda erməni əhalisinin Azərbaycana reinteqrasiyasıdır. Laçın yolunda postun qurulmasından sonra məsələ böyük ölçüdə həll olunmuş hesab olunur.
Bu vəziyyətdə Rusiya sülhməramlılarına ehtiyac qalmır və Moskvanın bölgədəki təsir imkanları zəifləyir.
Bu baxımdan, Vaşinqtonda xarici işlər nazirlərinin müzakirə apardığı vaxt Qarabağda “atəşin açılması” iddiası iki məqsədə xidmət edir:
Birincisi, Qarabağda toqquşma davam edir və reinteqrasiyanın baş tutması çətindir;
İkincisi, Rusiya sülhməramlıları olmasa, bölgədə təhlükəsizliyin təmini mümkün olmayacaq;
Aydın görünür ki, Rusiya öz mövcudluğunu saxlamaq naminə bütün vasitələrə əl atır.
Asif
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz


















.jpg)


.webp)

.jpg)

















.jpg)