Qarabağ
Xankəndi həll olunub, 8 kənd müzakirə edilir - Vaşinqton masasında son vəziyyət
Vaşinqtonda davam edən danışıqların müəyyən detalları media tərəfindən tirajlanır.
Publika.az xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri “münasibətlərin tənzimlənməsi sazişi” üzərində müzakirələr aparır.
Artıq bir neçə gündür davam edən danışıqlarda yekun nəticələrin olacağı gözləntisi böyükdür.
Ermənistan mediası isə yazır ki, İrəvan artıq Qarabağ məsələsində Bakının gündəliyini qəbul edib, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da dünənki çıxışında bəyan etdi.
“Hraparak” nəşri isə mənbələrə istinadən yazır ki, imzalanacaq sənədə Qarabağ məsələsi daxil edilməyib: “Müzakirə edilən məsələlərdən biri Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasıdır, bu məsələdə Azərbaycan ciddi zəmanətlər verəcək. Lakin əsas mübahisəli və razılaşdırılmayan məsələ anklavlardır. Bakı bununla bağlı israrını davam etdirir”.
Qeyd edək ki, söhbət Qazaxın 7 kəndi və Kərki kəndindən gedir. Bu kəndlər delimitasiya prosesində Azərbaycana qaytarılmalıdır.
Asif
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO




































.jpg)