Qarabağ
Ermənilərin 10 may qorxusu: Bakı Qarabağda nəyi elan edəcək?
10 may tarixində Azərbaycan Qarabağda növbəti qələbəsini elan edə bilər.
Publika.az xəbər verir ki, bu iddialar Ermənistan mediasında gündəmə gəlib.
“Hayeli” saytı yazır ki, 2023-cü il “Heydər Əliyev ili”dir və 10 mayda Heydər Əliyevin 100 illiyi qeyd olunacaq.
“Mümkündür ki, Bakı 10 may tarixində növbəti qələbəsini elan edəcək. Bunun nədən ibarət olduğunu demək çətindir, amma istisna edilməməlidir”, - deyə erməni KİV yazır.
Qeyd edək ki, Prezident İlham Əliyev müharibədən sonra çıxışlarında torpaqlarımızın azad olunmasının, xüsusilə Şuşaya bayrağımızın sancılmasının ata vəsiyyəti olduğunu bəyan edib. Bu haqda sonuncu dəfə Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı danışdı. Ermənistan mediasının iddiaları daha çox beynəlxalq ictimaiyyətə hesablanmış təbliğat kimi görünür və məqsəd “Azərbaycanın Qarabağda etnik təmizləməyə hazırlaşır” kimi absurd iddialar ətrafında ictimai rəy formalaşdırmaqdır.
Hərçənd, Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra rəsmi Bakı artıq Qarabağda böyük üstünlük əldə edib, o cümlədən, separatçıların istifadə edə biləcəyi bütün yolları bağlayıb. Bu baxımdan, hərbi müstəvidə addımları atılması ehtimalı zəif görünür. Lakin 10 may tarixində nəsə elan edilərsə, bu, böyük ehtimalla, diplomatik müstəvidə əldə edilmiş nələrsə ola bilər.
Asif
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO

















.jpg)


.jpg)

















.jpg)
