Qarabağ
Vaşinqtonda 4 gün nələr müzakirə edilib? - Məxfi görüşün DETALLARI
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda 4 gün davam edən görüşünün yekun nəticələri haqda rəsmi məlumatların yayılmasında xəsislik edildi: kiçik mətndən ibarət məlumatda tərəflərin müəyyən maddələrdə razılaşdığı, müəyyən maddələrdə razılaşmadığı qeyd olunur, lakin detallar hər kəs üçün maraqlıdır.
Publika.az xəbər verir ki, Ermənistan mediası diplomatik mənbələrə istinadən məlumatlar tirajlayır.
Ən diqqətçəkən məlumat “Hraparak” nəşrinin yazdıqlarıdır. Nəşr xarici mənbələrdən müəyyən məlumatların əldə edildiyini qeyd edir.
“Məlumatlar ümumi fikri formalaşdırır: Qarabağ məsələsi artıq danışıqlar masasında deyil, Ermənistan hakimiyyəti “statusu”, yaxud “öz müqəddəratını təyinetmə” məsələsini müzakirə etmir. Blinken də açıq mətnlə elan etdi ki, tərəflər hər iki ölkədə “etnik azlıqlar”ın hüquqlarının qorunması məsələsini müzakirə edirlər. Başqa sözlə, Qarabağ və Qarabağdakı ermənilərə sırf “etnik azlıqların hüquqları” nöqteyi-nəzərindən yanaşılır. İndi problem birbaşa Ermənistanla bağlıdır. Hakimiyyətin verdiyi mesajlar da belədir ki, onlar “Qarabağın müstəqilliyi” yox, “Ermənistanın mövcudluğu” ilə bağlı danışıqlar aparır. Belə görünür ki, İrəvanın Qarabağ məsələsində geri çəkilməsi belə Bakını razı salmır”, - nəşr yazır.
Politoloq Vladimir Martirosyan hesab edir ki, açıqlanmayan gizli məqamlar var və Ermənistan bununla razılaşıb: “Bu məsələlər bizim üçün sürpriz olmayacaq. Azərbaycan heç bir məsələdə geri çəkilməyəcək, Ermənistan yenidən güzəştlərə məcbur ediləcək”.
Politoloq Suren Zolyan hesab edir ki, Bakının tələbləri var:
“Bu, təkcə Qarabağla bağlı deyil. Onlar istəyir ki, Ermənistan “Qarabağ Azərbaycandır” desin, anklavlar geri qaytarılsın”, - Zolyan deyib.
Asif
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






















.jpg)















.jpg)