Qarabağ
Ağdamda 5 yaşayış məhəlləsi və 12 kənd inşa edilir
Prezident İlham Əliyev 2021-ci ilin may ayında Ağdam şəhərinin Baş Planını təsdiq etdikdən dərhal sonra burada bir sıra layihələrin təməli qoyulub və bərpa-tikinti işlərinə start verilib.
Publika.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.
"Ağdam şəhərində 5 yaşayış məhəlləsinin və 12 kəndin inşası nəzərdə tutulur. Dövlət başçısının mayın 2-də Ağdama səfəri zamanı 2 və 3-cü yaşayış məhəllələrinin təməli qoyulub. Onların inşasının 2025-ci ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. 2-ci yaşayış məhəlləsi 13,31 hektar ərazidə yerləşəcək, tikinti sahəsi 39 172 kvadratmetrdir. 3-cü yaşayış məhəlləsi isə 16,93 hektar ərazidə yerləşəcək. Burada 1 239 mənzilin tikintisi nəzərdə tutulub. Mənzillər 1,2,3,4 otaqlı olacaq.
Eyni zamanda, Cənab Prezident səfəri zamanı inzibati binanın da təməlini qoyub. Bina 2,12 hektar ərazidə yerləşəcək, tikinti sahəsi 24 450 kvadrst metrdir. İnzibati binanın qarşısında paradların keçirilməsi üçün meydança inşa olunacaq. Eyni zamanda həmin ərazidə park və meydançalar inşa olunacaq.
Bundan başqa, dövlət başçısı Ağdam Muğam Mərkəzinin də təməlini qoyub. Burada 1 zirzəmi və 2 mərtəbənin, musiqi, rəqs otaqlarının, iclas zallarının inşası nəzərdə tutulur. Həmçinin açıq havada amfiteatr və yerüstü dayanacaq tikiləcək. 2024-cü ilin sonunda Ağdam Muğan Mərkəzinin inşası yekunlaşacaq”, - deyə o qeyd edib.
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






















.jpg)















.jpg)