Qarabağ
Xankəndidə Lentsovla separatçıların davası başladı - Bakıda hansı mesaj verilib?
Xankəndindəki separatçı rejimlə Rusiya sülhməramlılarının komandanlığı arasında qarşıdurma yaranıb.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri Rusiya sülhməramlılarına yaxın mənbələrdən əldə etdiyi məlumata istinad edib.
Məlumata görə, sülhməramlıların komandanlığı separatçı rejimin açıq şəkildə anti-Rusiya mövqeyindən narahatdır. Xüsusilə qondarma “dövlət naziri” Qurgen Nersisyanın ötən həftə Bakıya səfər edən Aleksandr Lentsovun heç bir nəticə əldə edə bilməməsi haqda dedikləri sülhməramlıların komandanlığında narazılıqla qarşılanıb.
Separatçı rejimin daxilində də çaşqınlıq yaranıb, bir çoxları qondarma “dövlət naziri”nin qeyri-iş günü olan həftə sonu niyə belə açıqlama verdiyini anlamır.
“Belə fikirlər var ki, onları Nikol Paşinyan idarə edir və verilən açıqlamaların sifarişi də İrəvandan gəlib”, - “Hraparak” yazır.
Qeyd edək ki, Lentsov Bakıda Laçın sərhəd-keçid məntəqəsinin götürülməsini müzakirə etmək istəyib. Lakin Azərbaycan Müdafiə Nazirliyində ona bu məsələnin müzakirə mövzusu olmadığı izah edilib.
Asif
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






















.jpg)















.jpg)