Qarabağ
Brüssel görüşündən sonra müharibə ola bilər - İrəvan nə istəyir?
Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan liderlərinin Brüssel və Kişinyovda planlaşdırılan görüşü sülh sazişini gündəmə gətirsə də, rəsmi İrəvanın açıqlamaları bu gözləntini azaldır.
Publika.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülh sazişi üzrə şərtlərini yenidən elan edib.
Bura Ermənistanın “29,8 min kvadratkilometr ərazisi”nin toxunulmazlığı, “Bakı-Xankəndi formatı”nın beynəlxalq mexanizmlərlə yaradılması, Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinə beynəlxalq təminatın verilməsi daxildir.
Qriqoryan tərəflərin bu məsələlədə fikir ayrılığının olduğunu deyir.
“10 noyabr razılaşmasının müddəalarına əməl olunmasını təmin etmək mümkün deyil. Azərbaycanın Laçın yoluna post qurmasından sonra bu, arxa plana keçib, ona görə beynəlxalq təminatın yaradılması bizim üçün vacibdir, bunun köməyi ilə bütün məsələləri həll edəcəyik”, - o deyib.
Beləliklə, Ermənistan sərhədin delimitasiyasının konstruktiv şəkildə həyata keçirilməsinə qarşı olduğunu, o cümlədən, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini nümayiş etdirir. Bu vəziyyətdə tərəflərin harada görüş keçirməsindən asılı olmayaraq, razılaşmanın mümkün olmayacağı ehtimalı ön plana çıxır. Masada anlaşma əldə olunmaması hərbi eskalasiya risklərini də artırır. İrəvanın sərgilədiyi mövqe isə müharibənin qapılarının yenidən açılması deməkdir.
Asif
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO













.jpg)


.jpg)





















.jpg)
