Qarabağ
Cıdır düzündə “Xarıbülbül” festivalının açılış konserti oldu - FOTO
Şuşa şəhərində təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim olunub.
Publika.az xəbər verir ki, konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifaları dinlənilib. Konsert çərçivəsində incəsənət ustaları təmsil etdikləri ölkə və regionun musiqi mədəniyyətini tamaşaçılara təqdim ediblər.
Konsertdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistandan olan musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb.
Sonda Türk dünyasının solistləri birlikdə "Qarabağ" kompozisiyasını ifa ediblər.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı mayın 11-dək davam edəcək.
Festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat












.jpg)






















