Qarabağ
Xankəndidə “9 may mitinqi”nin pərdəarxası - Rusların əsas planı nədir?
Dünən Xankəndidə keçirilən “9 may mitinqi” bir neçə kontekstdə diqqət çəkdi:
Birincisi, iştirakçı sayı əvvəlki mitinqlərlə müqayisədə xeyli az idi:
- Laçın yolunda post qurulandan sonra bütün yolları bağlanan separatçı rejim Ermənistandan pul qarşılığında “iştirakçı” gətirə bilməmişdi;
- Qarabağdakı erməni əhalisi arasında separatçı rejimin öz mövcudluğunu qorumağa hesablanmış bu cür addımlarına dəstəyi tədricən azalır;
Ümumilikdə, bu mitinq erməni əhalisinin sayının da nə qədər az olduğunu nümayiş etdirdi.
İkincisi, mitinqdə əsas firuq kimi yenidən Ruben Vardanyanın peyda olması idi: bunun bir səbəbi mitinqin maliyyəçisinin – Qarabağdakı ermənilərin mitinq yerinə gətirilməsindən tutmuş, pulların paylanılmasına qədər hər şeyin Rubenə bağlı olmasıdırsa, digər səbəbi onun siyasi proseslərə yenidən qoşulmaq planıdır;
Rəsmi Bakının tələbindən sonra separatçı rejimin qondarma “dövlət naziri” postundan qovulan Vardanyan Xankəndini tərk etmədi və həm separatçı rejimə, həm də Ermənistan rəhbərliyinə qarşı tənqidi fikirlər səsləndirməyə başladı. Rubenin Qarabağa gəlişinin əsas məqsədi Ermənistan siyasətinə transfer olması, Nikol Paşinyana qarşı əsas alternativ olması idi. Bu, Rusiyanın planıdır və onu qondarma vəzifəsindən uzaqlaşdırsalar da, bu hədəfindən imtina etmir. Vardanyanın Xankəndidə “9 may mitinqi”ni təşkil etməsi və əsas fiqur kimi çıxış etməsi də prosesin davam etdiyini deməyə əsas verir.
Asif Nərimanlı
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






















.jpg)















.jpg)